Valdas Dambrauskas: "Vikinq"lə matça digər oyunlardakı kimi hazırlaşmışıq
"Vikinq"lə matça taktiki baxımdan hər oyuna hazırlaşdığımız kimi hazırlaşmışıq.
TodayPress TV xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının əsas mərhələsində Norveç təmsilçisi "Vikinq"ə qarşı keçirəcəkləri matçdan öncə mətbuat konfransında deyib.
V.Dambrauskas qeyd edib ki, rəqibin oyunlarını analiz ediblər: "Vikinq"in əvvəlki oyunlarda nələr etdiyini yaxşı bilirik. Onların bütün oyunlarını izləyirik. Bu komandanın güclü olduğunu görürük".
Baş məşqçi vurğulayıb ki, "Sabah"ın hər zaman növbəti matça qədər hazırlaşmağa çalışan futbolçuları var: "Bugünkü oyun üçün 23 futbolçu hazırdır. Amma onlardan bir neçəsi barədə axşamkı məşqdən sonra qərar veriləcək".
Mütəxəssis komandada ab-havanın yüksək olduğunu söyləyib: "Mənim üçün əsas məsələ komandanın növbəti oyuna qədər bərpasıdır".
Qeyd edək ki, "Vikinq" - "Sabah" oyunu noyabrın 4-dən 5-nə keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.