Xaricdəki vətəndaşları geri çağıracaqlar: Moldovadan qeyri-adi TƏKLİF

Xaricdəki vətəndaşları geri çağıracaqlar: Moldovadan qeyri-adi TƏKLİF
04.11.2026 01:58 Dünya

Moldovada hərbi vəziyyət zamanı seçkilərin ləğvi, əmlakın müsadirəsi və vətəndaşların hərəkət azadlığının məhdudlaşdırılması təklif olunur.

TodayPress TV xəbər verir ki, “Radio Moldova”nın məlumatına görə, ölkənin Müdafiə Nazirliyi bununla bağlı qanun layihəsi hazırlayıb. Sənədə səfərbərliyə cəlb olunmalı vətəndaşların xaricdən məcburi geri qaytarılması da daxildir.

Təklifə əsasən, ölkənin təhlükəsizliyinə ciddi təhdid yarandığı halda, müharibə başlamazdan əvvəl də mühasirə vəziyyəti tətbiq edilə bilər.

Kübra Musayeva

XƏBƏR LENTİ
04 NOYABR 2026
Bütün Xəbərlər