Asiyanın ən varlı ölkəsi ilə viza aradan qalxır

Asiyanın ən varlı ölkəsi ilə viza aradan qalxır
18.06.2026 14:02 Xarici siyasət

Azərbaycanın Koreya vətəndaşları üçün vizasız rejiminin tətbiq edilməsi yaxın zamanlarda elan ediləcək.

TodayPress TV xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Azərbaycanın Xarici İşlər Nazirliyindən məlumat verilib.

Xatırladaq ki, iyunun 17-də xarici işlər naziri Ceyhun Bayramov Koreyanın xarici işlər nazirinin müavini Çonq Eui-haenin rəhbərlik etdiyi nümayəndə heyətinə görüş zamanı bu yaxınlarda Koreya Respublikasının bütün növ pasport sahibləri üçün vizadan azadolma rejiminin tətbiq edilməsi qərarı barədə məlumat verib.

Tərəflər belə bir addımın turizm və digər sahələrdə əməkdaşlığın genişlənməsinə, habelə xalqlar arasında təmasların artmasına mühüm töhfə verəcəyini vurğulayıb.

TodayPress TV

XƏBƏR LENTİ
18 IYUN 2026
Bütün Xəbərlər