Prezident BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verdi

Prezident BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verdi
23.09.2026 16:40 Xarici siyasət

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Vitse-prezidenti, Baş naziri və Dubay Hakimi Əlahəzrət Şeyx Məhəmməd bin Rəşid Al Məktuma başsağlığı məktubu göndərib.

TodayPress TV xəbər verir ki, mətndə deyilir:

"Əlahəzrət,

Qardaşınız – görkəmli dövlət xadimi Şeyx Əhməd bin Rəşid Al Məktumun vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu əvəzsiz itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, ailənizin bütün üzvlərinə öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!"

TodayPress TV

XƏBƏR LENTİ
23 SENTYABR 2026
Bütün Xəbərlər