İlham Əliyevdən qardaş ölkəyə başsağlığı

İlham Əliyevdən qardaş ölkəyə başsağlığı
25.09.2026 18:59 Xarici siyasət

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı verib.

TodayPress TV xəbər verir ki, başsağlığı mətnində deyilir:

"Hörmətli Kasım-Jomart Kemeleviç,

Manqistau vilayətində keçirilən hərbi təlimlər zamanı hərbçilərin həlak olması barədə xəbər bizi son dərəcə sarsıtdı.

Bu ağır anlarda kədərinizi bölüşür, baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Qazaxıstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!"

XƏBƏR LENTİ
26 SENTYABR 2026
Bütün Xəbərlər