Türkiyə Fələstin üçün mübarizə aparır, Abbas isə… – SİYASİ QALMAQAL

Türkiyə Fələstin üçün mübarizə aparır, Abbas isə… – SİYASİ QALMAQAL
31.10.2026 00:41 Təhlil

Fələstin Prezidenti Mahmud Abbasın Cənubi Kiprə səfəri siyasi müzakirələrə səbəb olub. Səfər Şimali Kiprdə etirazla qarşılanıb, Azərbaycanda isə diqqət çəkib.

TodayPress TV xəbər verir ki, siyasi şərhçi Asif Nərimanlı bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Politoloqun sözlərinə görə, Abbasın Nikosiyaya səfəri təsadüfi deyil. Fələstin administrasiyası Cənubi Kiprin İsraillə yaxın münasibətlərindən bölgədə sabitliyin təmin olunması üçün istifadə etməyə çalışır. Eyni zamanda, Kipri Avropaya açılan qapı kimi görür.

Nərimanlı hesab edir ki, səfər Fələstinin maraqları baxımından siyasi manevr kimi qiymətləndirilsə də, Türkiyəyə qarşı yönəlmiş addım təsiri bağışlayır.

Siyasi şərhçi fikrini üç əsas məqamla əsaslandırıb. O bildirib ki, Abbasın məhz Türkiyənin Cümhuriyyət Günündə Cənubi Kiprə səfər etməsi diqqət çəkir. Bundan başqa, Fələstin liderinin İsraillə barışıq üçün yunanlardan dəstək istəməsi Türkiyənin Fələstin məsələsində göstərdiyi səylərin nəzərə alınmaması kimi qiymətləndirilə bilər.

Politoloq, həmçinin Yunanıstan, Cənubi Kipr və İsrailin Aralıq dənizində Türkiyənin maraqlarına zidd əməkdaşlıq etdiyini xatırladaraq, Abbasın bu ölkələrə yaxınlaşmasının siyasi mesaj daşıdığını vurğulayıb.

Nərimanlı Fələstin administrasiyasının HƏMAS-dan fərqli olaraq, İsrailə münasibətdə daha loyal mövqe tutduğunu da qeyd edib.

Siyasi şərhçi Türkiyənin Abbasın səfərinə münasibətinə də diqqət çəkib.

Onun fikrincə, illərdir Fələstin məsələsi və İsraillə münasibətlərə görə Azərbaycanı tənqid edən Türkiyədə Abbasın Cənubi Kiprə səfərinə səssiz yanaşılması ironik vəziyyət yaradır.

Kübra Musayeva

XƏBƏR LENTİ
31 OKTYABR 2026
Bütün Xəbərlər