Polşalı səfir istefa verdi - Hökumətə qarşı çıxdı

Polşalı səfir istefa verdi - Hökumətə qarşı çıxdı
31.10.2026 01:10 Dünya

Polşanın Çindəki səfiri Yakub Kumox ölkədə baş verən siyasi hadisələrə etiraz olaraq istefa verdiyini açıqlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə Polşanın “Interia” nəşri məlumat yayıb.

Diplomat qərarını “X” sosial şəbəkəsindəki hesabında elan edib.

“Ölkədə baş verən hadisələr fonunda Polşa Respublikasının səfiri vəzifəsini davam etdirməyimin mümkün olmadığı qənaətinə gəldim. Bu gündən etibarən istefa ərizəmi və vəzifəmdən geri çağırılmağım barədə müraciətimi təqdim etmişəm”, – deyə Kumox bildirib.

Polşa Prezidentinin Beynəlxalq Siyasət Bürosunun rəhbəri Marçin Pşidaç səfirin qərarını dəstəkləyərək bunu ölkə demokratiyasına və beynəlxalq nüfuzuna qarşı məsuliyyətli addım kimi qiymətləndirib.

Qeyd edək ki, Polşada Konstitusiya Tribunalı ətrafında yaranan gərginlik siyasi qarşıdurmanı daha da dərinləşdirib. Hadisələr fonunda Prezident Karol Navrotski də Seneqala səfərini yarımçıq dayandıraraq ölkəsinə qayıdıb.

Kübra Musayeva

XƏBƏR LENTİ
31 OKTYABR 2026
Bütün Xəbərlər