Əsl qiyamət burada qopacaq!
Artıq açıq-aşkar görünən Azərbaycan və Türkiyə arasındakı maraq toqquşmasını İranda baş verəcəklərdən ayrı düşünmək mümkün deyil.
İranda rejim süqut edərsə — ki ABŞ və İsrailin iradəsi ilə bu proses sürətlənəcək kimi görünür — dərhal bütün tərəflərin vahid çətir altında birləşməsi xülyadan başqa bir şey deyil.
Mollalardan boşalan yeri hər kəs gücü çatdığı qədər doldurmağa çalışacaq. Rəqibləri ilə müqayisədə türklərin hazırlığı heç sıfır səviyyəsində də deyil. Lakin onları tamamilə görməzdən gəlmək də mümkün deyil və İranda türklərə rəğmən qurulacaq HEÇ BİR yeni nizam uzunömürlü ola bilməz.
İndi sakitlik tərəfdarı olub aranı düzəltməyə çalışan hər kəsin bir gözü İslam Respublikasından sonrakı "ertəsi gün"dədir. Azərbaycan və Türkiyənin ən mühüm rəqabət nöqtəsi məhz burasıdır.
Türkiyə prosesi ləngidir, hələ də bəlkə aranı tapıb fəlakətin qarşısını alaram deyə çalışır; Azərbaycan isə baş tutmayacaq duaya "amin" deməməyi seçib. İsrail hər iki ölkənin atdığı addımlarda fərqli, hətta bir-birinə zidd, lakin təsirlidir.
Cənubi Azərbaycanı qazanan tərəf bütövlükdə İranı qazanacağına zəmanət almasa da, gələcək nizamdan gələ biləcək təhlükələrə qarşı güclü sipər əldə edər. Türkiyə məsələni ləngidir, Azərbaycan isə tələsir.
Bəs kimin şansı nə qədərdir?!
Əziz Əlibəyli
Beynəlxalq məsələlər üzrə ekspert