Trampın İran planı üzə çıxdı: Zərbə, yoxsa blokada?

Trampın İran planı üzə çıxdı: Zərbə, yoxsa blokada?
30.10.2026 22:41 Dünya

ABŞ Prezidenti Donald Tramp Mərkəzi Komandanlığın (CENTCOM) rəhbəri Bred Kuper və administrasiyasının bir neçə nümayəndəsi ilə görüşdə İrana hərbi zərbələri deyil, iqtisadi təzyiq və blokada məsələlərini müzakirə edib.

TodayPress TV xəbər verir ki, bu barədə “Axios”un müxbiri Barak Ravid məlumat yayıb.

Jurnalistin sözlərinə görə, 20-dən çox şəxsin iştirak etdiyi görüşdə əsas diqqət İrana qarşı iqtisadi təzyiqin gücləndirilməsinə və blokada tədbirlərinə yönəldilib.

“Bir neçə amerikalı rəsmidən aldığım məlumata əsasən, dünənki görüş İrana zərbələrlə bağlı olmayıb. Görüşdə blokada və iqtisadi təzyiq məsələləri ətraflı müzakirə edilib”, – deyə Ravid bildirib.

Bununla belə, jurnalist ABŞ-də keçiriləcək aralıq seçkilərindən dərhal sonra İrana hərbi zərbələrin endirilməsi ehtimalının istisna olunmadığını vurğulayıb.

Kübra Musayeva

XƏBƏR LENTİ
30 OKTYABR 2026
Bütün Xəbərlər