Polşa Prezidenti ölkəyə qayıdan kimi onunla görüşəcək
Polşa Prezidenti Karol Navrotski ölkəyə qayıtdıqdan sonra Ali Məhkəmənin birinci sədri Zbiqnev Kapiński ilə görüşəcək.
TodayPress TV xəbər verir ki, bu barədə Polşa Prezidentinin Aparat rəhbəri Pavel Şefernaker “X” sosial şəbəkəsində məlumat yayıb.
Onun sözlərinə görə, görüş Polşada Konstitusiya Tribunalı ətrafında yaranmış gərginlik fonunda baş tutacaq.
Qeyd edək ki, Karol Navrotski Konstitusiya Tribunalında baş verən hadisələrlə əlaqədar Seneqala səfərini yarımçıq dayandıraraq ölkəsinə qayıtmaq qərarına gəlib. Prezidentin təyyarəsi İspaniya üzərində olarkən geri dönüb.
Kübra Musayeva