Zelenski Rusiyada yeni hədəfləri açıqladı – Sibir də təhlükədədir

Zelenski Rusiyada yeni hədəfləri açıqladı – Sibir də təhlükədədir
30.10.2026 21:28 Dünya

Ukraynanın zərbə imkanları artıq Rusiyanın Yamal yarımadasından Qərbi Sibirə qədər uzanan ərazilərini əhatə edir.

TodayPress TV xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski sentyabr-oktyabr aylarında həyata keçirilən uzaqmənzilli zərbələrin nəticələrinə dair məruzədən sonra açıqlayıb.

Zelenskinin sözlərinə görə, Ukrayna pilotsuz uçuş aparatları və raketlərinin Rusiyanın daha uzaq ərazilərinə çatması üçün iş aparır.

O bildirib ki, növbəti zərbələrin əsas istiqamətləri artıq müəyyənləşdirilib. Bu məqsədlə Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) “Alfa” Xüsusi Əməliyyatlar Mərkəzinin, kəşfiyyat strukturlarının və digər müdafiə bölmələrinin imkanları genişləndiriləcək.

Ukrayna lideri vurğulayıb ki, ölkəsinin uzaqmənzilli zərbə imkanları hazırda müstəqilliyinin təminatlarından biridir və müharibədən sonra da uzunmüddətli təhlükəsizlik zəmanətinə çevrilməlidir.

Zelenski həmçinin bu gün müvafiq silahların istehsalçıları ilə danışıqlar apardığını bildirib.

Kübra Musayeva

XƏBƏR LENTİ
30 OKTYABR 2026
Bütün Xəbərlər