Avropa Ukrayna üçün milyardları səfərbər edir
Avropa İttifaqı (Aİ) 2027-ci ildə Ukraynaya ayrılacaq 45 milyard avroluq yardımın istifadə istiqamətlərini müəyyənləşdirib.
TodayPress TV xəbər verir ki, Avropa Komissiyası Ukraynanın 90 milyard avroluq kredit çərçivəsində təqdim etdiyi maliyyə strategiyasını təsdiqləyib.
Plana əsasən, qalan 45 milyard avronun 31,7 milyardı Ukraynanın müdafiə imkanlarının gücləndirilməsinə, 13,3 milyardı isə dövlət büdcəsinin dəstəklənməsinə yönəldiləcək.
Ukrayna oktyabrın 26-da təqdim etdiyi maliyyə strategiyasında vəsaitlərin bölüşdürülməsi mexanizmini açıqlayıb. Avropa Komissiyası sənədi müsbət qiymətləndirərək 2027-ci il dekabrın 31-dək maliyyələşmənin təsdiqlənməsini Aİ Şurasına təklif edib.
Büdcə dəstəyi “Ukraine Facility” proqramı və makromaliyyə yardımı arasında bərabər bölünəcək. Vəsaitlərin ayrılması hüququn aliliyi, korrupsiyaya qarşı mübarizə və iqtisadi dayanıqlığın gücləndirilməsi ilə bağlı şərtlərin yerinə yetirilməsindən asılı olacaq.
İndi təklif Aİ Şurası tərəfindən təsdiqlənməlidir. Qərar qəbul olunarsa, ilk ödənişlərin 2027-ci ilin əvvəlində həyata keçirilməsi planlaşdırılır.
Kübra Musayeva