Polşada Konstitusiya Tribunalının darvazası kəsilərək açılıb - VİDEO
Polşada Konstitusiya Tribunalının binasını əhatə edən hasarın darvazasındakı kilid kəsildikdən sonra Boqdan Şventçkovski əraziyə daxil olub. O, tribunal sədrinin binaya buraxılmasını tələb edib.
TodayPress TV xəbər verir ki, Şventçkovski tribunalın qarşısına gəldikdən sonra əraziyə giriş darvazasını açmaq cəhdlərinə başlanılıb. Hətta o, ətrafdakılardan yanında dəmir ling olan şəxsin olub-olmadığını soruşub.
Bir qədər sonra etirazçılardan biri özünün çilingər olduğunu bildirərək darvazaya yaxınlaşıb və onu açmağa çalışıb. Bu zaman darvazanın yaxınlığında qığılcımlar yaranıb. Şventçkovski darvazanın açılması cəhdinin onun göstərişi ilə həyata keçirildiyini bildirib.
Nəticədə darvazanın kilidi kəsilərək giriş açılıb və Şventçkovski tribunalın ərazisinə keçib. O, polis əməkdaşlarının qarşısında dayanaraq xidməti vəsiqəsini göstərib və tribunal sədrinin binaya buraxılmasını tələb edib.
Qiymət Mahir