Tramp Lukaşenkoya görə Avropa ilə üz-üzə - Ucuz gübrə naminə…

Tramp Lukaşenkoya görə Avropa ilə üz-üzə - Ucuz gübrə naminə…
30.10.2026 22:09 Dünya

ABŞ Prezidenti Donald Trampın administrasiyası Avropa İttifaqının (Aİ) Belarusa qarşı tətbiq etdiyi sanksiyaların yumşaldılmasına çalışır.

TodayPress TV xəbər verir ki, bu barədə “POLITICO” nəşri məlumat yayıb.

Məlumata görə, Vaşinqton Belarusun kalium gübrələrinin ixracına qoyulan məhdudiyyətlərin yüngülləşdirilməsi üçün Litvaya təzyiq göstərir.

ABŞ-nin əsas məqsədi amerikalı fermerləri daha ucuz gübrələrlə təmin etmək və Kanadadan idxaldan asılılığı azaltmaqdır.

Lakin Avropa rəsmiləri bu təşəbbüsə qarşı çıxırlar. Onlar hesab edirlər ki, sanksiyaların yumşaldılması Belarus Prezidenti Aleksandr Lukaşenkonun mövqelərini gücləndirə bilər.

Kübra Musayeva

XƏBƏR LENTİ
30 OKTYABR 2026
Bütün Xəbərlər