Pentaqon NATO ölkələrini belə sakitləşdirdi: “Səs-küy salmayın!”
ABŞ Dövlət Departamenti Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemləri üçün 500 ədəd PAC-3 MSE raketinin mümkün satışını təsdiqləyib. Satışın ümumi dəyərinin 2,1 milyard dollara qədər olacağı gözlənilir.
TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin açıqlamasında bildirilib.
Məlumata görə, mümkün satışa 500 raketlə yanaşı, əlaqəli logistika və proqram təminatı dəstəyi elementləri də daxildir.
Bildirilib ki, alış Kanada, Almaniya və Norveçin JUMPSTART proqramı çərçivəsində ayırdığı vəsaitlər, eləcə də Avropa İttifaqının Ukraynaya dəstək krediti hesabına maliyyələşdiriləcək.
Açıqlamada vurğulanıb ki, sözügedən satış ABŞ vəsaitləri hesabına maliyyələşdirilmir.
Qiymət Mahir