ABŞ-nin 80-dən çox hərbi təyyarəsi İsraildədir - TƏCİLİ

ABŞ-nin 80-dən çox hərbi təyyarəsi İsraildədir - TƏCİLİ
31.10.2026 01:15 Dünya

Hazırda ABŞ-yə məxsus 80-dən çox havada yanacaqdoldurma təyyarəsinin İsrail ərazisində yerləşdirildiyi iddia olunur.

TodayPress TV xəbər verir ki, bu barədə “C14” məlumat yayıb.

Məlumata görə, söhbət ABŞ Hərbi Hava Qüvvələrinə məxsus yanacaqdoldurma təyyarələrindən gedir.

Qeyd edək ki, son günlər ABŞ-nin Yaxın Şərqdə hərbi mövcudluğunu gücləndirdiyinə dair məlumatlar yayılır. İsrail mediası oktyabrın 30-da ABŞ-yə məxsus 10 hərbi nəqliyyat təyyarəsinin İsrailin cənubundakı aviabazalara endiyini bildirib.

Bölgədəki hərbi fəallıq ABŞ ilə İran arasında mümkün yeni qarşıdurma fonunda diqqət çəkir.

Kübra Musayeva

XƏBƏR LENTİ
31 OKTYABR 2026
Bütün Xəbərlər