Azərbaycan səfirliyi önündə İran bayraqları: Londonda TƏXRİBAT - VİDEO

Azərbaycan səfirliyi önündə İran bayraqları: Londonda TƏXRİBAT - VİDEO
30.10.2026 23:46 Dünya

Böyük Britaniyanın paytaxtı Londonda Azərbaycanın bu ölkədəki səfirliyinin qarşısında təxribat xarakterli aksiya təşkil olunub.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycanın Böyük Britaniyadakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, aksiyada 10-15 nəfərdən ibarət qrup iştirak edib.

Nümayişçilər əllərində İran İslam Respublikasının bayraqlarını, eləcə də ölkənin ilk ali dini lideri Ruhullah Xomeyninin portretlərini tutublar.

Aksiyanın keçirilmə səbəbləri və iştirakçıların konkret tələbləri barədə hələlik əlavə məlumat verilməyib.

Kübra Musayeva

XƏBƏR LENTİ
31 OKTYABR 2026
Bütün Xəbərlər