Navrotski Polşaya endi - SON DƏQİQƏ

Navrotski Polşaya endi - SON DƏQİQƏ
31.10.2026 01:02 Dünya

Polşa Prezidenti Karol Navrotskinin olduğu təyyarə Varşava hava limanına eniş edib.

TodayPress TV xəbər verir ki, dövlət başçısı Konstitusiya Tribunalı ətrafında baş verən hadisələrlə əlaqədar Seneqala səfərini yarımçıq dayandıraraq ölkəsinə qayıdıb.

Navrotski bu barədə “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

“Belə bir məqamda Prezident Polşada olmalıdır. Seneqala uçuşumu yarımçıq dayandırıram. Geri qayıdıram”, – deyə o bildirib.

Qeyd edək ki, Polşa Prezidenti Konstitusiya Tribunalı ətrafında yaranmış gərginlik səbəbindən səfər planını təcili dəyişmək qərarına gəlib.

Kübra Musayeva

XƏBƏR LENTİ
31 OKTYABR 2026
Bütün Xəbərlər