Azərbaycanlı cüdoçu Avropanı yenidən fəth etdi

Azərbaycanlı cüdoçu Avropanı yenidən fəth etdi
30.10.2026 20:57 İdman

Azərbaycan cüdoçusu İslam Rəhimov ardıcıl ikinci dəfə Avropa çempionu olub.

TodayPress TV xəbər verir ki, idmançımız İtaliyanın Neapol şəhərində keçirilən cüdo üzrə U-23 Avropa çempionatında qızıl medal qazanıb.

66 kq çəki dərəcəsində mübarizə aparan Rəhimov turnirə Xorvatiya təmsilçisi Kristian Butuçi üzərində qələbə ilə başlayıb. Daha sonra fransalı Aleksi Renarı, yarımfinalda isə ukraynalı Qaqik Martirosyanı məğlub edərək finala yüksəlib.

Həlledici qarşılaşmada Niderland cüdoçusu Yoxem van Hartenlə üz-üzə gələn təmsilçimiz rəqibinə ipponla qalib gələrək qızıl medala sahib çıxıb.

Bununla da İslam Rəhimov ardıcıl ikinci dəfə U-23 Avropa çempionu titulunu qazanıb. O, 2025-ci ildə də eyni çəki dərəcəsində çempion olmuş və finalda məhz Yoxem van Harteni məğlub etmişdi.

Qeyd edək ki, Neapolda keçirilən fərdi yarışlarda 36 ölkədən 275 cüdoçu iştirak edir.

XƏBƏR LENTİ
30 OKTYABR 2026
Bütün Xəbərlər