Azərbaycan güləşçiləri Avropada 7 medal qazandı

Azərbaycan güləşçiləri Avropada 7 medal qazandı
30.10.2026 22:19 İdman

Oktyabrın 23-25-də Estoniyanın Rakvere şəhərində yunan-Roma güləşi üzrə U15 və U17 yaş kateqoriyalarında “Georg Lurich Memorial” beynəlxalq turniri keçirilib.

TodayPress TV xəbər verir ki, milli komandanın məşqçiləri Taleh Məmmədov, Rafiq Hüseynov və Turac Hüseynlinin rəhbərliyi altında yarışda çıxış edən yunan-Roma güləşçilərimizdən 7-si fəxri kürsüyə qalxıb.

U17 yaş qrupunda Elmir Çərkəzov (60 kq) və İsfahan Həsənov (80 kq) qızıl, Raul Məmmədzadə (62 kq), Fərid Ağayev (44 kq) və Nadir Həsənov (71 kq) gümüş, Əli Məmmədov (71 kq) və Zəka Yusubov (80 kq) isə bürünc medal qazanıb.

Beləliklə, əldə olunan nəticələrə əsasən millimiz turniri komanda hesabında birinci pillədə başa vurub. İkinci yeri Gürcüstan, üçüncü yeri isə Özbəkistan tutub.

FOTOLAR

Azərbaycan güləşçiləri Avropada 7 medal qazandı — 1
Azərbaycan güləşçiləri Avropada 7 medal qazandı — 2
Azərbaycan güləşçiləri Avropada 7 medal qazandı — 3
Azərbaycan güləşçiləri Avropada 7 medal qazandı — 4
Azərbaycan güləşçiləri Avropada 7 medal qazandı — 5
Azərbaycan güləşçiləri Avropada 7 medal qazandı — 6
XƏBƏR LENTİ
30 OKTYABR 2026
Bütün Xəbərlər