ABŞ geri çəkilir, iki ölkə Ukrayna üçün hərəkətə keçir

ABŞ geri çəkilir, iki ölkə Ukrayna üçün hərəkətə keçir
30.10.2026 21:45 Dünya

Finlandiya və Norveç Ukrayna müharibəsinin həlli ilə bağlı sülh danışıqlarında vasitəçilik rolunu üzərinə götürüb.

TodayPress TV xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Nəşrin məlumatına görə, ABŞ-nin Kiyevə dəstəyinin zəifləməsi fonunda Finlandiya Prezidenti Aleksandr Stubb və Norveçin Baş naziri Yonas Qar Störe Avropa ilə Rusiya arasında əlavə diplomatik əlaqə kanalı yaratmağı planlaşdırırlar.

Stubb bildirib ki, onlar bu prosesdə “100 faiz Ukraynanın maraqları naminə” hərəkət edirlər.

Onun sözlərinə görə, əsas məqsəd pərdəarxası diplomatik danışıqlar aparmaq və gələcəkdə Avropanın aparıcı dövlətlərinin də sülh prosesinə qoşulmasına şərait yaratmaqdır.

Kübra Musayeva

XƏBƏR LENTİ
30 OKTYABR 2026
Bütün Xəbərlər