“Ordu”dan “Naxçıvan”a ağır zərbə: Lider məğlub oldu
Azərbaycan Basketbol Liqasının beşinci turunun açılış oyununda “Ordu” “Naxçıvan”ı məğlub edib. Bakı İdman Sarayında keçirilən görüş 84:76 hesabı ilə başa çatıb.
TodayPress TV xəbər verir ki, qonaqlar ilk hissədə üstün oyun nümayiş etdirərək birinci periodu 23:13 hesabı ilə qazanıblar. İkinci periodda “Naxçıvan” fərqi azaltmağa nail olub - 20:14.
Böyük fasilədən sonra “Ordu” yenidən üstünlüyünü artırıb və üçüncü periodda 21:17 hesabı ilə qalib gəlib. Sonuncu on dəqiqəlik hissədə isə bərabərlik qeydə alınıb - 26:26.
Bu nəticədən sonra “Ordu” yeddi xalla turnir cədvəlində ikinci pilləyə yüksəlib. Komanda eyni xala malik “Naxçıvan”dan topların fərqinə görə geri qalır. Beş oyun keçirən “Naxçıvan” isə liderliyini qoruyub.
Üçüncü pillədə üç oyunun hamısında qələbə qazanan “Neftçi” (6 xal) qərarlaşıb.
Sonrakı yerləri “LANDAU Lions”, “Sabah” və “Sumqayıt” (hərəyə 5 xal) tutur. “Gəncə” və NTD isə dörd xalla turnir cədvəlinin son pillələrində yer alırlar.