Polşada vəziyyət qarışdı: “Başqa yol yoxdur” - Baş nazir

Polşada vəziyyət qarışdı: “Başqa yol yoxdur” - Baş nazir
30.10.2026 22:55 Dünya

Polşada Konstitusiya Tribunalı ətrafında baş verən gərginlikdən sonra Baş nazir Donald Tusk ölkədə hüquqi dövlət prinsiplərinin bərpasının vacibliyini vurğulayıb.

TodayPress TV xəbər verir ki, hökumət başçısı bu barədə “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

“Qanunun aliliyinin bərpası bizim vəzifəmizdir. PiS-in qanunsuzluqları ilə keçən illərdən sonra bu, çətin, bəzən ağrılı prosesdir və qətiyyətli addımlar tələb edir. Başqa yol yoxdur”, – deyə Tusk bildirib.

Qeyd edək ki, oktyabrın 30-da Varşavada Konstitusiya Tribunalının binası ətrafında gərginlik yaşanıb. Polşa mediasının məlumatına görə, əraziyə polis qüvvələri cəlb edilib. Hadisə ilə bağlı yayılan məlumatlarda mühafizə əməkdaşlarının ərazidən uzaqlaşdırıldığı və Tribunalın sədr müavininin binaya girişinə maneə yaradıldığı iddia olunur.

Polşanın paytaxt polis idarəsi isə açıqlamasında əməkdaşların Tribunalın ərazisində qanuni xidməti fəaliyyət həyata keçirdiyini, lakin binanın daxilində olmadıqlarını bildirib. Polis müdaxilənin Tribunal hakiminin təhlükəsizliklə bağlı müraciəti əsasında həyata keçirildiyini qeyd edib.

Polşada Konstitusiya Tribunalının fəaliyyəti və məhkəmə sisteminin idarə olunması ilə bağlı hakimiyyət daxilində uzun müddətdir siyasi və hüquqi mübahisələr davam edir.

Qiymət Mahir

XƏBƏR LENTİ
30 OKTYABR 2026
Bütün Xəbərlər