TƏCİLİ: Polşa Prezidenti səfərini yarımçıq kəsib, geri dönür
Polşa Prezidenti Karol Navrotski Seneqala səfərini yarımçıq dayandıraraq ölkəsinə qayıtmaq qərarına gəlib.
TodayPress TV xəbər verir ki, dövlət başçısı bu barədə açıqlama verib.
“Belə bir məqamda Prezident Polşada olmalıdır. Seneqala uçuşumu yarımçıq dayandırıram. Geri qayıdıram”, – deyə Navrotski bildirib.
Qeyd edək ki, bu qərar Polşada Konstitusiya Tribunalı ətrafında yaranmış gərginlik fonunda verilib.
Kübra Musayeva