Polşada dövlət çevrilişi iddiası: Prezidentin korteji təcili saraya yollandı - VİDEO
Polşa Prezidenti Karol Navrotski Varşavaya qayıdıb. Onun təyyarəsi paytaxtdakı Şopen hava limanına enib.
TodayPress TV xəbər verir ki, prezidentin avtomobil karvanı hava limanından Prezident Sarayına doğru hərəkət edib.
“TV Republika” telekanalının məlumatına görə, Navrotski Prezident Sarayında Konstitusiya Tribunalının sədri Boqdan Şventçkovski və Ali Məhkəmənin birinci sədri Zbiqnev Kapinski ilə təcili görüş keçirəcək.
Qeyd edək ki, Kapinski daha əvvəl Konstitusiya Tribunalı ətrafında baş verən hadisələri sərt tənqid edərək, həmin gecə baş verənləri “şübhəsiz ki, dövlət çevrilişi” adlandırıb.
Xatırladaq ki, Polşa Prezidenti ölkədə yaranmış siyasi-hüquqi gərginlik səbəbindən Seneqala səfərini yarımçıq dayandıraraq təcili Varşavaya qayıdıb.
Kübra Musayeva