Tramp İranı necə yola gətirdi? - ŞƏRTLƏR AÇIQLANDI - Hər şey bir tükdən asılıdır

Tramp İranı necə yola gətirdi? - ŞƏRTLƏR AÇIQLANDI - Hər şey bir tükdən asılıdır
12.06.2026 13:14 Təhlil

ABŞ Prezidenti Donald Tramp  Vaşinqton və Tehranın mövcud atəşkəsi 60 gün müddətinə uzadacağını və Hörmüz boğazının gəmiçilik rüsumları olmadan istifadəsini nəzərdə tutan ilkin sazişin imzalanmasına yaxın olduqlarını deyib.  Bunun müqabilində ABŞ İrana qarşı tətbiq etdiyi sanksiyaların bir hissəsini yumşaldacaq. Sanksiyaların gələcəkdə daha da yumşaldılması isə İranın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsindən asılı olacaq.  Təklif olunan sazişə əsasən, İran nüvə silahı əldə etməyə çalışmayacağını bir daha təsdiqləyəcək və zənginləşdirilmiş uran ehtiyatları ilə bağlı beynəlxalq narahatlıqların aradan qaldırılması istiqamətində addımlar atacaq.

Sözgüdən məsələ ilə bağlı politoloq Eynulla Fətullayev  TodayPress TV- yə açıqlamasında bildirib ki, rəsmi Tehran bunu indiyədək də bəyan etsə də, Qərbdə İranın həqiqi niyyətləri ilə bağlı şübhələr qalmaqdadır.

Onun sözlərinə görə, ən həssas məsələ olan nüvə dərhal həll edilməyəcək:  

"Həmin məsələlərin BMT-nin nəzarəti altında hazırlanacaq ayrıca və daha əhatəli saziş çərçivəsində müzakirə olunacağı gözlənilir. Bu sənəddə İranın uranı zənginləşdirmə səviyyəsinin azaldılması kimi variantlar nəzərdən keçiriləcək". 

Analitik qeyd edib ki, saziş həmçinin İrana neft ixracını artırmaq və xaricdə dondurulmuş maliyyə vəsaitlərinə çıxış əldə etmək imkanı verəcək.  Ancaq  mümkün maliyyə dəstəyinin həcmi və müddəti hələlik qeyri-müəyyən olaraq qalır.

"Məlumatlara görə, danışıqlar aparan tərəflər saziş mətninin əsas müddəaları üzrə razılığa gəliblər. Bununla belə, sənədin qüvvəyə minməsi üçün İranın ali rəhbərliyinin yekun təsdiqi və rəsmi imzalanma prosesi hələ də gözlənilir",- politoloq bildirib. 

Jalə Rövşən 

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər