Azərbaycan güləşçiləri Ermənistanda 6 medal qazandı

Azərbaycan güləşçiləri Ermənistanda 6 medal qazandı
27.11.2026 23:56 İdman

Azərbaycanın deflimpiyaçı güləşçiləri Ermənistanın Tsaxkadzor şəhərində keçirilən Avropa çempionatında üç gümüş və üç bürünc medal qazanıblar.

TodayPress TV xəbər verir ki, eşitmə qabiliyyəti məhdud idmançılar arasında təşkil olunan yarışın yunan-Roma güləşi proqramında ölkəmiz altı idmançı ilə təmsil olunub.

Böyüklər arasında Kənan Allahverdiyev (60 kq) və Tuncay İbrahimzadə (77 kq) gümüş, Murad Cəfərov (55 kq) və Ceyhun İsazadə (63 kq) isə bürünc medala sahib çıxıblar.

Ceyhun İsazadə gənclərin mübarizəsində də fərqlənib. O, 60 kq çəki dərəcəsində daha bir bürünc medal qazanıb.

Gənclər arasında 130 kq çəki dərəcəsində çıxış edən İslam Rzayev isə gümüş medala layiq görülüb.

FOTOLAR

Azərbaycan güləşçiləri Ermənistanda 6 medal qazandı — 1
Azərbaycan güləşçiləri Ermənistanda 6 medal qazandı — 2
Azərbaycan güləşçiləri Ermənistanda 6 medal qazandı — 3
Azərbaycan güləşçiləri Ermənistanda 6 medal qazandı — 4
Azərbaycan güləşçiləri Ermənistanda 6 medal qazandı — 5
XƏBƏR LENTİ
28 NOYABR 2026
Bütün Xəbərlər