Gəmilər yanır, Vaşinqton susur... - Tehran ABŞ-ni masaya necə çəkir?

Gəmilər yanır, Vaşinqton susur... - Tehran ABŞ-ni masaya necə çəkir?
27.11.2026 18:27 Təhlil

2026-cı ilin əvvəlindən bəri Hörmüz boğazında 126-dan çox insident baş verib, lakin xüsusilə son iki həftədə ciddi gərginliyin artdığını müşahidə edirik.

TodayPress TV xəbər verir ki, dəniz minalarına düşən və ya hücuma məruz qalan gəmilərin sayı olduqca çoxdur. Gündəlik orta göstərici dörd hadisədir.

Qeyd edək ki, bu gün İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) daha bir bəyanat yayaraq, iki gəminin icazəsiz marşrutla hərəkət etməyə cəhd göstərdiyini bildirib. İranlılar icazəsiz marşrut dedikdə, gəmilərin hərəkət etməməli olduğunu bildirdikləri yolları nəzərdə tuturlar. Onların sözlərinə görə, gəmilərdən biri dəniz minasına düşərək alışıb və partlayıb, digəri isə geri dönməyə məcbur edilib.

Tehran təkcə Hörmüz boğazında deyil, digər cəbhələrdə də gərginliyi artırır.

Son iki həftə ərzində iranlıların Bəhreyndə və Küveytdəki Amerika hərbi obyektlərinə ən azı üç dəfə hücum etdiyini müşahidə etmişik. Bəhreyndə əvvəlki hücum zamanı onlar bunun Amerika radar sistemlərinə qarşı həyata keçirildiyini iddia ediblər. Küveytə hücumu həyata keçirdiklərini isə təkzib edərək, bunun “saxta bayraq” əməliyyatı ola biləcəyini qeyd ediblər.

İranlıların gərginliyi artırmasının səbəbi region və qlobal iqtisadiyyat, eləcə də ABŞ üçün xərcləri yüksəltməyə çalışmalarıdır. Bununla onlar qarşı tərəfi danışıqlar masasına oturmağa və İranın şərtləri əsasında razılaşma əldə etməyə məcbur etmək istəyirlər.

Aysel Mətləb

XƏBƏR LENTİ
27 NOYABR 2026
Bütün Xəbərlər