Məkkə paktının növbəti toplantısı Türkiyədə keçiriləcək - Fidan
Məkkə paktının strateji, siyasi və müdafiə komitəsinin növbəti iclası Türkiyədə keçiriləcək.
TodayPress TV xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan İslamabadda keçirilən ittifaqın bu strukturunun ikinci iclasında iştirakının yekunlarına dair açıqlamasında bildirib.
“İndiyədək ittifaq çərçivəsində üç iclas keçirmişik: biri növbədənkənar, ikisi isə planlı olub. Təşkilatın katibliyinin və birgə hərbi qərargahın yaradılması ilə bağlı qərarlar qəbul edilib. Bu gün həmin qərarların əksəriyyətini təsdiqlədik. Bəzi məsələlər Türkiyədə keçiriləcək komitənin növbəti iclasının gündəliyinə daxil edilib”, – o vurğulayıb.
Aysel Mətləb