Batumidəki matç qalmaqalı bitmir: Gürcüstan səfirinə "lazımi xəbərdarlıq" edildi

Batumidəki matç qalmaqalı bitmir: Gürcüstan səfirinə "lazımi xəbərdarlıq" edildi
27.11.2026 23:39 Dünya

Türkiyənin xarici işlər naziri Hakan Fidan “Beşiktaş”ın Gürcüstanın Batumi şəhərində keçirdiyi UEFA Avropa Liqası matçında baş verən hadisələrlə bağlı açıqlama verib.

TodayPress TV xəbər verir ki, bu barədə o, Birgə Müdafiə haqqında Məkkə Sazişi çərçivəsində yaradılmış Strateji, Siyasi və Müdafiə Komitəsinin İslamabadda keçirilən ikinci növbəti iclasından sonra jurnalistlərə açıqlamalar verib.

“Bu, bizim üçün son dərəcə qəbuledilməz vəziyyətdir. Azarkeşlərimizə belə münasibət göstərilməsini qəbul edə bilmərik. Gürcüstanın Ankaradakı səfiri Kalandiaya lazımi xəbərdarlıqları etdik”, - deyə Fidan vurğulayıb.

Aysel Mətləb

XƏBƏR LENTİ
27 NOYABR 2026
Bütün Xəbərlər