Livan sülhə hazırdır, İsrail isə? - Cozef Aundan açıq MESAJ
"İsrail işğal olunmuş ərazilərdən qoşunlarını çıxarmağı və Livan ordusunu cənub sərhədində yerləşdirməyi nəzərdə tutan çərçivə sazişinə əməl etmir".
TodayPress TV xəbər verir ki, bunu Respublikanın Prezidenti Cozef Aun bildirib.
O qeyd edib ki, Livan tərəfi İsrail ilə düşmənçiliyə son qoymaqda maraqlıdır:
“Biz İsraillə düşmənçilik vəziyyətinə son qoymaqda maraqlıyıq və ABŞ-nin himayəsi altında iyunun 26-da əldə olunmuş razılaşmaların yerinə yetirilməsinə ciddi yanaşırıq”.
Aunun vurğuladığına görə, o, yeni İsrail hökumətinin formalaşmasını gözləyir və ümid edir ki, yeni hökumət siyasətə düzəlişlər edəcək və üzərinə götürdüyü öhdəliklərə əməl edəcək. Onun fikrincə, Livan və İsrail arasında düşmənçilik vəziyyətinə son qoyulması bütün regiona müsbət təsir göstərəcək.
Aysel Mətləb