Avropa müharibəyə hazırlaşır? Yüzlərlə zirehli texnika alınır
İsveç, Norveç, Finlandiya, Litva və Niderland 400-dən çox CV9035 Mk IV piyadaların döyüş maşınının birgə alınması ilə bağlı saziş imzalayıb.
TodayPress TV xəbər verir ki, sazişin ümumi dəyəri 5,87 milyard dollar təşkil edir.
İsveç hökumətinin məlumatına görə, Stokholm 60 ədəd döyüş maşını əldə edəcək.
Texnikanın tədarükçüsü “BAE Systems Hägglunds” şirkəti olacaq. CV9035 Mk IV döyüş maşınları 35 millimetrlik top, pulemyot və tank əleyhinə raket kompleksi ilə təchiz edilib.
Kübra Musayeva