Üç ölkə qarşılıqlı müdafiəyə keçir - Ərdoğan imzaladı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistan və Səudiyyə Ərəbistanı ilə imzalanan qarşılıqlı müdafiə sazişini təsdiqləyib.
TodayPress TV xəbər verir ki, Sənəd “Məkkə paktı” adlanır və üç ölkədən birinə silahlı hücum olacağı təqdirdə digər tərəflərin ona yardım göstərməsini nəzərdə tutur.
Saziş avqust ayında imzalanıb, noyabrın 5-də isə Türkiyə parlamenti tərəfindən təsdiqlənib.
Sazişin ratifikasiyası Ankaraya Yəməndəki husilərin hücumlarından müdafiə olunmaq üçün Səudiyyə Ərəbistanına birbaşa hərbi yardım göstərmək imkanı yaradır.
Kübra Musayeva