Almaniya borc içində “üzəcək”: Bu qədər pul hara gedəcək?
Almaniya Bundestaqı 2027-ci il üçün federal büdcəni təsdiqləyib. Büdcənin ümumi xərcləri 556 milyard avro təşkil edəcək.
TodayPress TV xəbər verir ki, yeni borclanmanın həcmi 210,4 milyard avroya çatacaq. Bu, ölkə tarixində ikinci ən yüksək göstəricidir.
Almaniya müdafiə xərclərinə 139,3 milyard avro, Ukraynaya dəstəyə 11,6 milyard avro, sosial sahəyə isə 203,3 milyard avro ayıracaq.
Eyni zamanda, Almaniya hakimiyyəti pensiya islahatına hazırlaşır. İslahat çərçivəsində pensiya ödənişlərinə ayrılan vəsaitin artırılması, pensiya haqlarının yüksəldilməsi, erkən pensiyaya çıxış şərtlərinin sərtləşdirilməsi və pensiya yaşının insanların ömür uzunluğuna uyğunlaşdırılması nəzərdə tutulur.
Kübra Musayeva