Azərbaycan şahmatçıları Türküstanda qızıl dubl etdilər

Azərbaycan şahmatçıları Türküstanda qızıl dubl etdilər
27.11.2026 21:31 İdman

Azərbaycan şahmatçıları Nicat Abasov və Gövhər Beydullayeva Qazaxıstanın Türküstan şəhərində keçirilən Türk Şahmat Assosiasiyasının çempionatında qızıl medal qazanıblar.

TodayPress TV xəbər verir ki, kişilərin yarışında Abasov sonuncu, 14-cü turda Qırğızıstan təmsilçisi Eldiyar Orozbayevlə heç-heçə edib. Xalını doqquza çatdıran qrossmeysterimiz birinci pillədəki mövqeyini qoruyaraq çempion olub.

Qadınların mübarizəsində Beydullayeva yekun turda qazaxıstanlı Zarina Nurgaliyeva ilə xalları bölüşüb. Turniri 10 xalla tamamlayan şahmatçımız da fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Beləliklə, Azərbaycan təmsilçiləri həm kişilərin, həm də qadınların yarışında çempionluğu əldə ediblər.

Qeyd edək ki, hər iki yarış səkkiz şahmatçının iştirakı ilə iki dövrəli sistem üzrə 14 turdan ibarət olub.

XƏBƏR LENTİ
27 NOYABR 2026
Bütün Xəbərlər