İran səfiri Küveyt XİN-ə çağırıldı - Səbəb...

İran səfiri Küveyt XİN-ə çağırıldı - Səbəb...
27.11.2026 20:17 Dünya

Küveyt Xarici İşlər Nazirliyi (XİN) iki İtaliya vətəndaşının ölümü ilə nəticələnən pilotsuz uçuş aparatları ilə hücumdan sonra İranın səfiri Məhəmməd Totoncini çağırıb və ona etiraz notası təqdim edib.

TodayPress TV xəbər verir ki, bu barədə Küveyt XİN məlumat yayıb.

Nazirliyin bəyanatında bildirilib ki, İranın səfiri Məhəmməd Toutunci geniş maddi ziyana səbəb olan mühüm obyektə hücumla əlaqədar çağırılıb.

Nazirlik hücum nəticəsində iki İtaliya vətəndaşının öldüyünü, Küveyt vətəndaşı və Pakistan vətəndaşının isə yaralandığını bildirib.

Xarici işlər nazirinin müavini Həməd Süleyman əl-Mişan hücumları pisləyərək, onları Küveytin suverenliyinin və ərazi bütövlüyünün kobud şəkildə pozulması kimi qiymətləndirib.

O bildirib ki, hücumlar beynəlxalq hüququn, BMT Nizamnaməsinin və BMT Təhlükəsizlik Şurasının 2817 saylı (2026) qətnaməsinin ciddi şəkildə pozulmasıdır.

Əl-Mişan hücumlara və onların nəticələrinə görə İranı məsul tutub. O vurğulayıb ki, Küveyt BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə ilə bağlı “ayrılmaz hüququnu” özündə saxlayır.

Onun sözlərinə görə, Küveyt həmçinin öz suverenliyini qorumaq, milli təhlükəsizliyini təmin etmək, vətəndaşlarının və ölkədə yaşayan şəxslərin təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək hüququnu özündə saxlayır.

Aysel Mətləb

XƏBƏR LENTİ
27 NOYABR 2026
Bütün Xəbərlər