Qadın voleybolçuların Super Liqasında növbəti oyun keçirildi

Qadın voleybolçuların Super Liqasında növbəti oyun keçirildi
27.11.2026 19:23 İdman

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının dördüncü turunda AZERRAIL inamlı qələbə qazanıb.

TodayPress TV xəbər verir ki, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçirilən qarşılaşmada AZERRAIL “Murov Az Terminal”ı 3:0 (25:13, 25:18, 25:21) hesabı ilə məğlub edib.

Bu qələbə sayəsində AZERRAIL xallarının sayını dördə çatdırıb. “Murov Az Terminal” isə altı xalda qalıb.

Turun növbəti qarşılaşması noyabrın 28-də Gəncə İdman Sarayında keçiriləcək. Meydan sahibləri UNEC-i qəbul edəcəklər.

Həmin gün keçirilməsi nəzərdə tutulan “Azərmaş Abşeron” – “Turan” qarşılaşması isə təxirə salınıb. Buna Tovuz klubunun CEV Çempionlar Liqasındakı növbəti səfər oyunu ilə əlaqədar federasiyaya müraciəti səbəb olub.

Qeyd edək ki, turun əvvəlki qarşılaşmasında “Milli Aviasiya Akademiyası” “Naxçıvan”ı 3:1 (29:27, 22:25, 25:17, 25:23) hesabı ilə məğlub edib.

XƏBƏR LENTİ
27 NOYABR 2026
Bütün Xəbərlər