İran Fransaya etiraz etdi - SƏBƏB
İranın Parisdəki səfirliyi ölkənin vətəndaş cəmiyyətinə dəstək məqsədilə keçirilən tədbirlə bağlı Fransa Xarici İşlər Nazirliyinə etirazını bildirib.
TodayPress TV xəbər verir ki, “Intelligence Online”ın məlumatına görə, tədbirdə Fransanın xarici işlər naziri Jan-Noel Barro da iştirak edib.
Paris və Tehran arasında münasibətlər yay aylarında İranda Fransa səfirliyinin iki əməkdaşının saxlanılmasından sonra gərginləşib. Fransa tərəfinin iddiasına görə, diplomatlar saxlanılarkən döyülüblər. Buna cavab olaraq Paris İranın iki nümayəndəsini ölkədən çıxarıb.
Fransa və İran arasında gərginliyi artıran digər amil isə təxminən 700 Fransadakı supermarketin soyuducu sistemlərinə qarşı həyata keçirilən kiberhücum olub.
Kübra Musayeva