Avropada daha bir aviaşirkət çökür: Təyyarələr dayana bilər
Norveçin aşağıbüdcəli aviaşirkəti “Norse Atlantic”in ölkədəki bölməsi iflas üçün müraciət edəcək.
TodayPress TV xəbər verir ki, bu barədə “Al Jazeera” məlumat yayıb.
Bildirilib ki, yanacağın kəskin bahalaşması fonunda şirkətin Norveç bölməsi qısamüddətli maliyyə öhdəliklərini yerinə yetirmək üçün kifayət qədər vəsait cəlb edə bilməyib.
“Norse Atlantic” bu il iflas elan edən ikinci Avropa aviaşirkəti olub. Bundan əvvəl Latviyanın “AirBaltic” şirkəti də iflas etdiyini açıqlayıb.
Kübra Musayeva