Avropadakı təxribatların arxasında kim dayanır? Bütün şübhələr bu ölkəyə yönəldi

Avropadakı təxribatların arxasında kim dayanır? Bütün şübhələr bu ölkəyə yönəldi
27.11.2026 21:20 Dünya

Avropada Rusiyaya aid edilən diversiya hadisələrinin sayı son bir ildə 16% artıb. Əsas hədəflər Almaniya və Polşa olub.

TodayPress TV xəbər verir ki, bu barədə Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun (IISS) hesabatında bildirilib.

Məlumata görə, hadisələrin yarıdan çoxu kritik infrastruktur obyektlərinə qarşı yönəlib. Yanğın törətmə halları 7-dən 14-ə, partlayıcı qurğulardan istifadə edilən insidentlər isə 4-dən 11-ə yüksəlib.

Hesabat müəllifləri ehtimal olunan diversiyaların məqsədinin Qərbin Ukraynaya dəstəyini zəiflətmək olduğunu düşünürlər.

Moskva isə bu cür hadisələrdə iştirakına dair ittihamları qəti şəkildə rədd edir.

Kübra Musayeva

XƏBƏR LENTİ
27 NOYABR 2026
Bütün Xəbərlər