Çin Tayvanı ələ keçirmək üçün yeni üsulu sınaqdan keçirdi
Çin hərbçiləri Tayvanla üzbəüz yerləşən sahil ərazilərində genişmiqyaslı təlimlər keçirərək qoşunların sahilə çıxarılmasının yeni üsullarını sınaqdan keçiriblər.
TodayPress TV xəbər verir ki, “Reuters”in məlumatına görə, Fujian əyalətində keçirilən manevrlər zamanı hərbçilər mülki gəmilərdən istifadə edərək təxminən 800 metr uzunluğunda üzən körpü yaradıblar.
Ekspertlərin fikrincə, Çin ordusu Yaponiya, Tayvan və Filippinləri əhatə edən regionda mümkün münaqişələr zamanı adaların sürətlə ələ keçirilməsi ssenarilərini məşq edir.
Kübra Musayeva