Rusiya Ukraynanın raket yanacağı zavodunu vurdu
Ukrayna Silahlı Qüvvələri Rusiyanın iki müəssisəsinə zərbələr endirdiyini açıqlayıb.
TodayPress TV xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, hücumlar Tula vilayətində yerləşən Yefremov sintetik kauçuk zavoduna və Rostov vilayətindəki Novoşaxtinsk neft emalı zavoduna qarşı həyata keçirilib.
Ukrayna tərəfi zərbələrin Rusiyada fəaliyyət göstərən “Qara İskra” hərəkatı ilə birgə həyata keçirildiyini bildirib.
Ukrayna Baş Qərargahının iddiasına görə, Yefremov zavodu “İskəndər” ballistik raketlərində istifadə olunan bərk raket yanacağının istehsalında iştirak edir.
Kübra Musayeva