Premyer Liqa: “Neftçi” “Zirə”ni məğlub etdi

Premyer Liqa: “Neftçi” “Zirə”ni məğlub etdi
27.11.2026 21:03 İdman

Azərbaycan Premyer Liqasının 13-cü turunda “Neftçi” doğma meydanda “Zirə”ni məğlub edib.

TodayPress TV xəbər verir ki, “Palms Sports Arena”da keçirilən qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Görüşün taleyini səkkizinci dəqiqədə Breno Almeydanın vurduğu qol həll edib.

Beləliklə, “Neftçi” Azərbaycan çempionatında “Zirə”yə qarşı son beş oyunda davam edən qələbəsizlik seriyasına son qoyub.

Bu nəticədən sonra “ağ-qaralar” 30 xalla turnir cədvəlində liderliklərini möhkəmləndiriblər. “Zirə” isə 20 xalla beşinci pillədə qalıb.

Qeyd edək ki, Misli Premyer Liqasının 13-cü turuna noyabrın 29-da yekun vurulacaq.

XƏBƏR LENTİ
27 NOYABR 2026
Bütün Xəbərlər