Ukrayna zərbələrin istiqamətini dəyişir: Rusiyanı nə gözləyir?
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın hücumlarına cavab olaraq uzaqmənzilli zərbələrin planlaşdırılmasında dəyişikliklər edildiyini açıqlayıb.
TodayPress TV xəbər verir ki, Zelenski Ali Baş Komandanın qərargahının iclasından sonra hərbçilər və xüsusi xidmət orqanlarının nümayəndələri ilə Rusiyaya qarşı uzaqmənzilli zərbələri müzakirə etdiyini bildirib.
Onun sözlərinə görə, əməliyyat planlarına Rusiya hərbi müəssisələrinə və bəzi iqtisadi proseslərə təsiri gücləndirmək məqsədilə dəyişikliklər edilib.
Zelenski, həmçinin Ukraynadan kənarda, neytral sularda həyata keçirilən əməliyyatlar zamanı beynəlxalq tərəfdaşlarla koordinasiyanın gücləndirilməsi üçün əlavə tədbirləri müzakirə etdiyini qeyd edib.
Kübra Musayeva