Azərbaycanda zavodda güclü partlayış baş verdi - VİDEO

Azərbaycanda zavodda güclü partlayış baş verdi - VİDEO
27.11.2026 21:42 Hadisə

Sumqayıtda sənaye müəssisələrindən birində partlayış qeydə alınıb.

TodayPress TV Musavat.com-a istinadla xəbər verir ki, hadisə şəhərin Tuq Zavod qəsəbəsində fəaliyyət göstərən "Metaltexnoloji" MMC-nin ərazisində baş verib.

Partlayışdan sonra zavodda yanğın başlayıb. Alovun söndürülməsi və hadisənin qarşısının alınması üçün əraziyə yanğınsöndürmə briqadaları cəlb olunub.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Qeyd edək ki, "Metaltexnaloji" MMC 2009-cu ildə əlvan və qara metal istehsalı müəssisəsi kimi yaradılıb. Zavodda 2019-cu ildən istehsal sahələrinin modernləşdirilməsi və qara metallurgiya üzrə yeni kompleksin qurulması istiqamətində işlər aparılıb. Müəssisə 2022-ci ildən "Metaltexnoloji" MMC adı ilə fəaliyyət göstərir.

Məlumatda şirkətin iş adamı Hafiz Seyidova məxsus olduğu bildirilir.

XƏBƏR LENTİ
27 NOYABR 2026
Bütün Xəbərlər