NATO Rusiyanın "dərdindən" gecələr yata bilmir

NATO Rusiyanın "dərdindən" gecələr yata bilmir
02.07.2026 15:30 Təhlil

Rusiya Prezidenti Vladimir Putinin ordusunun Avropaya qarşı müharibəyə hazır olduğunu bəyan etməsi gərginliyi pik həddə çatdırıb. Kremlin özünü müdafiə etmək üçün nüvə silahı da daxil olmaqla bütün vasitələrdən istifadə edə biləcəyinə dair iddialar fonunda, hərbi əməliyyatların uzun müddət davam edəcəyi proqnozlaşdırılır. Bu qarşıdan gələn qış mövsümündə  Avropanı ciddi yanacaq böhranı ilə üz-üzə qoya bilər. Bəs proseslərin sonrakı gedişatı necə olacaq? 

Məsələ ilə bağlı politoloq Şakir Ağayev TodayPress TV- yə danışıb.


Analitik bildirib ki, Avropada heç nədən çəkinmədən ən böyük təhlükənin Rusiya olduğunu bəyan edirlər:

"Bu yaxınlarda NATO-nun baş katibi Mark Rutte Rusiyaya görə gecələr  yata bilmədiyini etiraf edib. Rusiya tərəfi də analoji ittihamlarla çıxış edərək Avropanın müharibəyə hazırlaşdığını bildirir. Diqqətçəkən məqam odur ki, hər iki tərəf mümkün irimiqyaslı toqquşma üçün konkret tarix olaraq 2030-cu ili hədəf göstərir və bir-birini hərbi hazırlıqda günahlandırır".

O əlavə edib ki, Slovakiyanın Baş naziri Fitso Avropanın düşünülmüş şəkildə Rusiya ilə müharibəyə hazırlaşırdığını və müharibəyə getdiyini deyir. Buna misal olaraq Avropa silahlarının Ukraynada istifadə olunmasını, Avropa raketlərinin Ukrayna tərəfindən tətbiq edilməsini və s. göstərib.

Politoloq qeyd edib ki, bu iddiaların fonunda tərəflər arasında şiddətli informasiya müharibəsi gedir. Hər iki tərəf qarşılıqlı şəkildə bir-birini təhlükə yaratmaqda ittiham edir və mövcud reallıq müharibənin hələ uzun müddət davam edəcəyini şübhəsiz edir. Avropa da bu reallığı tam dərk edir". 

Şakir Ağayev Amerika–İsrail–İran qarşıdurmasından sonra qlobal enerji sistemində ciddi böhranın yarandığını diqqətə çatdırıb:

"Son məlumatlara görə, Avropa dövlətlərinin qaz ehtiyatları ötən ilin müvafiq dövrü ilə müqayisədə 19 faiz azalıb. Müharibə bu şəkildə uzanarsa, Ukraynanın enerji infrastrukturu tamamilə sıradan çıxarıla bilər ki, bu da daha ciddi fəsadlara yol açacaq. Avropa üçün bu təhlükələr realdır. Məhz bu çətin duruma düşdüyünə görə Qərb cəmiyyətdə süni Rusiya qorxusu və xofu yaradır. Beləliklə, ölkələri Rusiyaya qarşı səfərbər etməklə daxili problemlərdən diqqəti yayındırmağa çalışır".

Analitikin qənaətinə görə, Avropa dövlətlərinin şərtləri Rusiya tərəfindən qəbul edilməyəcək:

"Ona görə də, prosesi bilərəkdən uzadırlar ki, Kiyevdən Rusiyaya qarşı hərbi plasdarm kimi istifadə etsinlər. Son bir neçə həftədə vəziyyətin daha da genişlənməsi gərginliyin və eskalasiyanın artdığını göstərir. Təəssüf ki, hadisələr bu ssenari üzrə inkişaf edir, lakin istənilən halda bu proseslərin ən qısa zamanda diplomatik yolla həllini tapması ən doğru çıxış yolu olardı". 

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
02 IYUL 2026
Bütün Xəbərlər