Medinskinin cavabı gecikmədi: Kreml niyə narahatdır?

Medinskinin cavabı gecikmədi: Kreml niyə narahatdır?
10.06.2025 18:40 Təhlil

“Son vaxtlar Rusiya siyasətçiləri və deputatları, Kreml rəsmiləri bütövlükdə MBD məkanına, o cümlədən də Azərbaycana yönəlik bəzi təhdidkar açıqlamalar veriblər”.

Politoloq Elçin Xalidbəyli bunu TodayPress TV-yə açıqlamasında deyib.

O bildirib ki, qərəzli mövqedən çıxış etməklə yenidən Rusiyanın ermənipərəst və neoimperialist mövqeyini ön plana keçirirlər:

“Təbii ki, bunun kifayət qədər ciddi səbəbləri mövcuddur. Bu səbəblər sırasında Rusiyanın beynəlxalq məkanda mövqelərinin ciddi şəkildə zəifləməsi və dünya nəhəngləri ilə rəqabətdə geri qalması, çöküş prosesinin başlaması və s. kimi məsələlər Kremli həm narahat edir, həm də qıcıqlandırır. Bu səbəbdən Rusiyanı təmsil edən rəsmi şəxslərin açıqlamalarında aqressivlik, təhdidkarlıq ritorikası ön plana keçir. Ancaq Kremldə artıq bir şeyi anlamalıdırlar ki, zaman dəyişib, dünya inkişaf edir. Rusiya eyni narrativlər üzərindən dünyaya öz iradəsini diktə edə bilməz və Kreml bu reallıqla barışmalıdır”.

Ekspert düşünür ki, Kremli Azərbaycanla bağlı narahat edən əsas məsələlərdən biri Azərbaycanın artıq Rusiya üçün əlçatmaz dövlətlər sırasına qatılmasıdır:

“Artıq Kremldə tədricən anlamağa başlayıblar ki, Azərbaycana təzyiq göstərmək, onu yenidən Rusiyanın təsir dairəsinə qaytarmaq demək olar ki, mümkün deyil. Xüsusən də Azərbaycan Türkiyə ilə strateji müttəfiqlik barədə Şuşa Bəyannaməsinin imzalanmasından sonra Rusiya üçün ümumiyyətlə nəzarətdən kənar dövlətə çevrilib. Türkiyə NATO dövlətidir və NATO-nun avanqard dövlətləri sırasına daxildir. Buna paralel olaraq Azərbaycan NATO ilə də münasibətlərini inkişaf etdirir. Birgə təlimlər keçirilir, eyni zamanda müəyyən siyasi-hərbi əməkdaşlıq sahələri üzrə də münasibətlərin inkişaf etdirilməsi müşahidə olunur”.

Analitik, həmçinin Azərbaycanın Avropa dövlətləri ilə də yüksək səviyyəli münasibətlərini vurğulayıb:

“Azərbaycan artıq özünün hərbi, siyasi, həm də enerji təhlükəsizliyini tam təmin edib və Rusiya bu reallıqla heç cür barışmaq istəmir. Azərbaycanın Rusiyadan kənar müstəqil siyasətini qıcıqla qarşılayır və hətta müyyən mənada MDB məkanındakı Rusiyanın nüfuzuna ciddi təhlükə hesab edir. Azərbaycanın qlobal məkanda nüfuzunun yüksəlməsi və beynəlxalq səviyyədə siyasi iradə nümayiş etdirən dövlətə çevrilməsi Kremli ciddi narahat edir. Onun qəzəbinin arxasında bu cür geopolitik, geoiqtisadi və geostrateji faktorlar dayanır. Azərbaycanın bundan sonra Rusiyanın təsir dairəsində olma ehtimalı yoxdur”.

Qeyd edək ki, Rusiya Federasiyası Prezidentinin köməkçisi Vladimir Medinski 9 iyun tarixində “Russia Today” kanalına müsahibə verib. Medinski müsahibəsində Rusiyanın Ukraynanın işğal etdiyi ərazilərinin nə vaxtsa Qarabağ kimi azad olunacağından qorxduğunu bildirib.

Azərbaycan Xarici İşlər Nazirliyi Medinskinin açıqlamasına etiraz edib. Nazirliyin mətbuat katibi Ayxan Hacızadə bildirib:

“Rusiya Prezidentinin köməkçisi Rusiya-Ukrayna müharibəsini Qarabağda mövcud olmuş vəziyyətlə müqayisə edir. Azərbaycan heç zaman heç bir ölkənin ərazi bütövlüyünü pozmadığına görə və heç bir ölkəyə qarşı aqressiv müharibə aparmadığına görə belə müqayisə yersizdir”.

Qiymət Mahir

FOTOLAR

Medinskinin cavabı gecikmədi: Kreml niyə narahatdır? — 1
XƏBƏR LENTİ
31 MAY 2026
Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Bütün Xəbərlər