540 nəfər zəhərləndi, 23 nəfər öldü - Səbəb alkoqoldur
İranda alkoqol zəhərlənməsi nəticəsində ölənlərin sayı artır.
TodayPress TV xəbər verir ki, İran Səhiyyə Nazirliyinin məlumatına görə, son bir ay ərzində 540-dan çox insan alkoqol zəhərlənməsindən zərər çəkib, azı 23 nəfər həyatını itirib.
Lakin yerli hakimiyyət orqanlarının son açıqlamaları ölənlərin sayının daha da artdığını göstərir. Hazırda dəqiq rəqəmlər açıqlanmayıb.
Kübra Musayeva