Zelenskinin Liviyadakı əməliyyatı Melonini qəzəbləndirdi
İtaliyanın Baş naziri Corcia Meloni ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında Rusiya gəmilərinə qarşı Liviyada həyata keçirilən zərbələrin koordinasiya edilməməsi səbəbindən gərgin söhbət baş tutub.
TodayPress TV xəbər verir ki, “Bloomberg”in mənbəyə istinadən yaydığı məlumata görə, Ukraynanın Benqazidə keçirdiyi əməliyyat Roma ilə Kiyev arasında münasibətlərin soyumasına səbəb olub. Bu hadisə həmçinin Meloniyə Ukraynaya hərbi yardımın əleyhdarları tərəfindən təzyiqləri artırıb.
İtaliyada hesab edirlər ki, Liviyada gərginliyin daha da artması ölkənin enerji maraqlarını təhlükə altına sala və yeni miqrasiya dalğasına səbəb ola bilər.
Bununla belə, Meloni hələlik baş verən insidentin Ukraynaya gələcək dəstəklə əlaqələndirilməsini planlaşdırmır.
Kübra Musayeva