15 yaşlı Xaqan Əhməd dünya çempionatında gümüş medal qazandı

15 yaşlı Xaqan Əhməd dünya çempionatında gümüş medal qazandı
28.11.2026 01:13 İdman

Azərbaycan şahmatçısı Xaqan Əhməd Venesuelanın paytaxtı Karakasda keçirilən 20 yaşadək gənclər arasında dünya çempionatında gümüş medal qazanıb.

TodayPress TV xəbər verir ki, 15 yaşlı şahmatçımız sonuncu, 11-ci turda qara fiqurlarla paraqvaylı Xuan Sebastian Melianla heç-heçə edib.

Turniri 8,5 xalla başa vuran Xaqan Əhməd çempion titulunu qazanan hindistanlı Etan Vazdan cəmi yarım xal geri qalıb. Bürünc medala isə Hindistanın digər təmsilçisi Vuppala Pranit sahib çıxıb.

Xaqan Əhməd dünya çempionatında altı qələbə qazanıb, beş görüşü isə heç-heçə ilə başa vurub.

Qızların yarışında iştirak edən digər təmsilçimiz Lalə Hüseynova 6,5 xalla 15-ci yeri tutub.

Qeyd edək ki, İsveçrə sistemi üzrə 11 turdan ibarət dünya çempionatının açıq kateqoriyasında 59, qızların yarışında isə 44 şahmatçı mübarizə aparıb.

XƏBƏR LENTİ
28 NOYABR 2026
Bütün Xəbərlər